Damar genişlənməsinin simptomları

02.12.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Həkim Aşot Qriqoryan damar genişlənməsinin xarakterik simptomlarını sadalayıb.

Redaktor.az xəbər verir ki, mütəxəssis bu barədə aif.ru-ya danışıb.

Qriqoryanın sözlərinə görə, damar genişlənməsi hər hansı damarda yarana bilər, lakin ən çox beyin arteriyalarında, dalaq arteriyasında, aortanın döş və ya qarın hissələrində formalaşır. Həkim bildirib ki, bu vəziyyətin əsas təhlükəsi damar divarının istənilən anda cırıla bilməsidir.

O əlavə edib ki, bəzi orqanlarda baş verən damar yırtılması zamanı xəstəni xəstəxanaya çatdırmaq üçün müəyyən zaman olsa da, döş və ya qarın aortasında yaranan cırılma çox sürətli qan itirilməsinə səbəb olur və bu zaman müsbət nəticə üçün demək olar ki, şans qalmır.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью