Damarda trombun ƏLAMƏTLƏRİ

18.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Tromb damarda əmələ gələn qan laxtasıdır. Tromb çox təhlükəlidir ki, vacib qan damarını tam bağlaya bilər. Belə vəziyyətdə lazım olan tibbi yardım vaxtında göstərilməzsə insan həyatını itirə bilər.

Saglamolun.az Focus nəşrinə istinadla bildirir ki, həkimlər tromboza işarə edən simptomları belə sadalayıblar: “Bir çox hallarda tromboz aşağı ətraflarda (ayaqlarda – red.) inkişaf edir. Bu zaman əzələdə ağrılar, dərinin rənginin dəyişilməsi, ağarması, yerli hərarətin artması (ayağın bir hissəsi çox isti olur), ayağın şişməsi kimi simptomlar meydana çıxır. Bu çox təhlükəli simptomlardır və onlar əmələ gələn kimi dərhal həkimə müraciət etmək lazımdır”.

Həkimlər bildirilər ki, digər hallarda, məsələn ölümcül ağciyər tromboemboliyası zamanı tromboz daha gizli inkişaf edə bilər. Bu zaman insanda nəfəsin çətinləşməsi, sinədə sıxılma, təngənəfəslik, bayılma kimi simptomlar meydana çıxır. Belə vəziyyətdə dərhal “təcili yardım” çağırmaq lazımdır.  

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью