Damarlar üçün ən faydalı 5 məhsul təyin olunub

17.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

Damarların sağlam və cavan olması ürək-damar xəstəliklərinin, infarkt və insultun riskini azaldır.

Amerikalı qidalanma üzrə ekspertlər son araşdırmalar zamanı damarların sağlamlığını qoruyan əsas 5 məhsul təyin ediblər.

Saglamolun.az xarici KİV-lərə istinadla bu məhsulları təqdim edir:

1. Sarımsaq

Sarımsaq damarların sərtləşməsini ləngidir, damarların elastikliyini qoruyur. Elastik damarların partlama riski daha azdır.

2. Üzüm

Üzüm, təbii üzüm şirəsi, çaxır (az miqdarda) damarların sağlamlığına müsbət təsir edir, damarları təmizləyir.

3. Pomidor

Pomidorun tərkibində likopin adlı maddə var. Bu maddə damarlarda iltihabı azaldır, damarların elastikliyini artırır.

4. Nar

Nar və xüsusilə də nar şirəsi antioksidantlarla zəngindir. Bu antioksidantlar orqanizmi və o cümlədən damarları cavanlaşdırır.

5. Quşüzümü

Quşüzümü güclü iltihabəleyhinə təsirə malikdir, orqanizmdə və o cümlədən damarlarda iltihabı azaldır, damarlarda xolesterinin yığılmasına mane olur.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью