Damarları necə bərpa etmək olar?

04.05.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniyanın Migel Ernandes Universiteti alimləri yüksək intensivlikli interval məşqlərinin (HIIT) ürək-damar xəstəlikləri olan insanlarda damar funksiyasını ən effektiv şəkildə yaxşılaşdırdığını müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "European Journal of Preventive Cardiology" jurnalında dərc olunub.

Tədqiqatda ürək-damar xəstəliklərindən əziyyət çəkən 6818 pasiyentin məlumatları analiz edilib. Alimlər müxtəlif fiziki aktivlik növlərini orta intensivlikli kardio, güc məşqləri, qarışıq proqramlar və yüksək intensivlikli interval məşqlərini müqayisə ediblər.

Nəticələr göstərib ki, demək olar ki, bütün idman növləri damarların daxili qatının (endotel) funksiyasını yaxşılaşdırır. Lakin ən yüksək effekt məhz HIIT məşqlərində qeydə alınıb.

Mütəxəssislərə görə, bu məşqlər qısa müddətli yüksək yük və istirahət fazalarının növbələşməsi ilə xarakterizə olunur. Bu proses qan axınını sürətləndirərək damar divarlarına təsir edən “gərginliyi” artırır və damarların genişlənməsinə kömək edən azot oksidinin ifrazını stimullaşdırır.

Araşdırma nəticələrinə əsasən, HIIT məşqləri damar sağlamlığının qiymətləndirilməsində istifadə olunan əsas göstəricilərdən biri flow-mediated dilation (FMD) üzrə ən yaxşı nəticəni göstərib.

Alimlər bildirirlər ki, qarışıq məşq proqramları (kardio və güc məşqlərinin birlikdə tətbiqi) daha yüksək effekt verə bilər, lakin bu istiqamətdə əlavə tədqiqatlara ehtiyac var.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью