Damarların həndəsi quruluşu riski necə müəyyən edir?

24.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avstraliyalı tədqiqatçılar ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsində dönüş nöqtəsi ola biləcək yeni mikromühəndislik vasitəsi təqdim ediblər. Yaradılmış "çipdə arteriya" (artery-on-a-chip) platforması konkret xəstənin damar strukturunu və qan axınının daxili dinamikasını dəqiqliklə təkrar etməyə imkan verir.

Mütəxəssislər müxtəlif dərəcəli damar zədələnməsi olan altı pasiyentin şah arteriyasının (arteria carotis) anatomik modelini bərpa ediblər. Hesablama hidrodinamikası metodlarından istifadə edən alimlər, hətta eyni daralma dərəcəsinə malik damarlarda belə lokal qan axınının ciddi şəkildə fərqləndiyini müəyyən ediblər. Lazer vasitəsilə kollagen qatına yetirilən mikroziyanlar zamanı qanın laxtalanma prosesinin damarın fərdi formalarından birbaşa asılı olduğu sübut olunub.

Tədqiqatçıların fikrincə, mövcud kliniki təcrübədə tətbiq olunan standartlar həmişə effektiv nəticə vermir. Məsələn, "aşağı risk" qrupuna aid edilən pasiyentlərdə belə gözlənilmədən ağır və ya ölümcül insult halları müşahid olunur. Yeni platforma damarın daralma faizindən daha çox, onun fərdi həndəsi quruluşunun və lokal axın pozuntularının insult riskində həlledici rol oynadığını ortaya qoyur.

Tədqiqatın aparıcı müəllifi Yunduo Çarlz Çao vurğulayır ki, hazırda komanda texnologiyanın effektivliyini qiymətləndirmək üçün insult keçirmiş şəxslərin kliniki sınaqlara cəlb olunması prosesini həyata keçirir. İddia olunur ki, işlənilən metodika yaxın gələcəkdə periferik arteriya xəstəlikləri, dərin venaların trombozu və anevrizmalar kimi digər ağır patologiyaların öyrənilməsində də tətbiq ediləcək.

Biotexnoloji platformanın əsas hədəfi insult riskini azaldan hədəfli dərman vasitələrinin təsirini əvvəlcədən sınaqdan keçirmək və hər bir pasiyentin anatomik xüsusiyyətlərinə uyğun fərdiləşdirilmiş терапiya kursu müəyyənləşdirməkdir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью