Dambrauskas: Bu, İmişli üçün böyük qələbədir

31.08.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü.

Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:

“İmişli”ni təbrik edirəm. Bu qələbə onlar üçün böyükdür. Təntənəli şəkildə qeyd edirdilər. Oyunun bu cür olacağına ümid etmirdik. İstəmədiyimiz nəticə oldu. Futbolda belə hallar olur. Hər iki hissədə dominant oynadıq, epizodlar yaratdıq. Qapı önündə kəskinlik çatışmırdı. Rəqibin oyun ərzində 2 epizodu oldu, 1-ni qola çevirdi. Səhvlərdən nəticə çıxarmalıyıq. Qarşıdan fasilə gəlir. Bu müddətdə çalışacağıq ki, çatışmayan cəhətləri aradan qaldıraq".

Erik Ramos: "Neftçi"nin problemləri həll etməyə vaxtı var" Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq futbolçular üçün motivasiyadır" "Fənərbaxça"dan Kerem Aktürkoğlu açıqlaması "Sabah" - "İmişli": Heyətlər Qurban Qurbanov: "Son dəqiqəyə qədər danışıqlar davam edəcək"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью