Dambrauskas: “Bunu desəm, yalan olar”

17.10.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah" Misli Premyer Liqasının VIII turunda səfərdə "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirulən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyun "Borussiya" ilə matçın hazırlığını baxımından faydalı oldu? 
- Bizim üçün ən önəmlisi bugünkü oyun idi. Bakıya qayıtdıqdan sonra "Borussiya" ilə matçın hazırlığına başlayacağıq. Yolumuza addım-addım davam edirik.

- "Qarabağ" - "Neftçi" matçı ilə bağlı düşüncələriniz necədir? 
- Desəm ki, maraqlı deyil, yalan olar. Açma bəzi şeylər mənim nəzarətimdə deyil. Mən daha çox öz komandama nəzarət edə bilərəm. "Qarabağ" - "Neftçi" matçını neytral azarkeş kimi izləyəcəyəm.

- Xəyal Əliyev uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Onun hazırlıq durumu necədir? 
- Çox xoşbəxtəm ki, Xəyal sıralarımıza qayıtdı. Bu gün 7-8 dəqiqə oynadı. O, bizim üçün çox önəmli oyunçudur. Meydana daxil olduqdan sonra yaxşı performans göstərdi, qol ötürməsi etdi. Çempionlar Liqaslında oynaması hansı formada olmasından asılı olacaq. Xəyal Azərbaycan ən istedadlı futbolçulardan biridir. Onun peşəkar yanaşması yaxşıdır. Məşqçinin tapşırıqlarını çox yaxşı başa düşür. İrəlidə daha da yaxşı olacaq.

“İmişli”də yeni təyinat Filipe Kandido: “Qələbəyə layiq idik” I Liqa: V tura yekun vurulub Yuri Maksimov: “Nəyimiz varsa, onunla da davam edəcəyik” “Araz-Naxçıvan” Sumqayıt səfərindən xalsız qayıdır - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью