Dambrauskas: “Döşəmə cilalayırdım”

08.09.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Britaniya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Mançester Yunayted”lə səfər oyunu ərəfəsində “BBC Sport”a danışan mütəxəssis karyerasından və həyat yolundan söz açıb:

“Uşaqlıqda dəfələrlə “Old Trafford”da olmuşam. İndi həmin o tuneldən meydana çıxmaq… Bunu təsəvvür etməzdim.

“Mançester Yunayted” məktəblərində çalışmaq həyatımda baş verə biləcək ən yaxşı şey idi. Üç-dörd müsahibədən keçdim. Mənə bu şansı verdiyi üçün fondun baş icraçı direktoru Con Şilsə ömür boyu minnətdar olacağam. Çünki həmin vaxt mənim təcrübəm yox idi. “Manchester United Soccer Schools”da tanış olduğum qədər çox sayda böyük şəxsiyyətin olduğu başqa bir mühitdə heç vaxt olmamışdım”.

Litvalı mütəxəssis ailəsini dolandırmaq üçün eyni zamanda bəzən 2-3 yerdə işlədiyini qeyd edib:

“Bağban işləyirdim, müxtəlif xırda təmir işləri görürdüm. Əvvəllər qəzet də paylayırdım, həmçinin döşəmə cilalayırdım. Çoxlu işlərim var idi. Pərakəndə satış sahəsində işləyirdim, daha sonra idman inkişafı üzrə mütəxəssis, ardınca isə idman inkişafı meneceri oldum. Mərkəzi YMCA-da da çalışırdım. İki, üç, bəzən isə dörd işdə çalışırdım”.

Dambrauskas komandanın Çempionlar Liqası perspektivlərinə də toxunub:

“Püşk bizim üçün çətin də ola bilər, bizə uyğun da. Bu yarışda güclü komandalara qarşı oynamaq hər kəsin arzusudur. Rəqabət aparmaq üçün bir yol tapmalıyıq. İddialı komandamız və özünü göstərməyə can atan oyunçularımız var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью