Dambrauskas: “Futbol ictimaiyyətini təəccübləndirə bilərikmi?”

10.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin I turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək vacib oyun öncəsi təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Futbolpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, litvalı mütəxəssis əsas hədəfin xal dalınca qaçmaq yox, keyfiyyətli futbol sərgiləmək olduğunu bildirib:

“Hazırda əsas məqsədimiz nəticə barədə düşünmək deyil. Biz yaxşı oyun göstərmək və dünyanın ən güclü komandalarından biri ilə mübarizədə real gücümüzü görmək istəyirik. Monakodakı püşkatmadan dərhal sonra da demişdim ki, çətin püşk ola bilər, çox çətin püşk ola bilər və bir də “Sabah”ın püşkü ola bilər. Biz “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Napoli” kimi “nəhəng”lərlə üz-üzə gələcəyik”.

Baş məşqçi bu qarşılaşmaların klubun gələcək inkişaf istiqamətini müəyyənləşdirmək baxımından əvəzsiz təcrübə olacağını vurğulayıb:

“Bu turnir və bu oyunlar klubumuz haqqında bir çox reallıqları üzə çıxaracaq. Hara çatmaq istədiyimizi, hansı səhvlərə yol verəcəyimizi və bu səhvlərdən necə dərs çıxaracağımızı bizə aydın göstərəcək. Sabah əsas məsələ oyundan zövq almaq, bu xüsusi anı yaşamaqdır. Futbol ictimaiyyətini təəccübləndirə bilərikmi? Məhz bunu görmək istəyirik. İndidən nəticəyə fokuslansaq, bütün bu vacib məqamlara olan diqqətimizi itirərik”.

Dambrauskas rəqiblərin reytinqinə də toxunaraq bildirib:

“Ötən həftə açıqlanan dünyanın ən yaxşı 50 klubu cədvəlində “Arsenal” birinci, “Barselona” beşinci, “Mançester Yunayted” isə doqquzuncu sıradadır. Deməli, bu mövsüm qarşılaşacağımız komandalardan üçü planetin ilk onluğunda yer alır. Bizim o siyahıda harada olduğumuzu bilmirəm, amma indi əsas vəzifə bu möhtəşəm fürsətə layiq səviyyədə mübarizə aparmaqdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью