Dambrauskas media önünə çıxacaq

23.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Hapoel Beer-Şeva” oyunu öncəsi mətbuat konfranslarının və məşqlərin vaxtı bəlli olub.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın oyunöncəsi mətbuat konfransı avqustun 24-də saat 20:00-da, komandanın məşqi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

“Hapoel Beer-Şeva”nın oyunöncəsi mətbuat konfransı saat 18:30-da, məşqi isə saat 19:00-da keçiriləcək. Rəqib komandanın mətbuat konfransı və məşqi də avqustun 24-də, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

“Sabah” – “Hapoel Beer-Şeva” oyunu avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Komandalar arasındakı ilk matçda İsrail təmsilçisi qələbə qazanıb – 2:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью