Dambrauskas: “Məğlubiyyətdə mənim günahım var”

30.10.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının X turunun “Turan Tovuz” – “Sabah” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Turan Tovuz”u təbrik edirəm. Bu gün bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər. Stadionda gözəl atmosfer var idi. İkili mübarizələrin çox olduğu matç alındı. Bugünkü məğlubiyyətdə taktiki səhvlərim oldu. İkinci hissəyə yaxşı başladıq, epizodlar yaratdıq. Lakin birinci yarıda verdiyimiz boşluqlara görə, rəqib iki qol vurdu. Məğlubiyyətdə mənim günahım var.

– Növbəti matç Çempionlar Liqasında “Vikinq”ə qarşı olacaq. Qısa müddətdə komandanı necə toparlayacaqsınız?
– Sıx qrafiklə oynayırıq. 3-4 gündən bir çıxışımız var və bu səbəbdən bərpa olunmaq bizim üçün çox çətindir. Bəzən taktiki məşqlər edir, matçlara hazırlaşırıq. İndi Bakıya qayıdacağıq və bir gün istirahət edəcəyik. Bazar günü bərpa məşqi edəcəyik.  Bundan sonra, bazar ertəsi yenidən səfərə yollanacağıq. Tam olmasa da, bərpa üçün vaxtımız var. Çalışacağıq ki, səfərdə ən yaxşı performansımızı nümayiş etdirək.

– Umarali və Simiç “Vikinq”lə matça qədər hazır olacaq?
– Umaralini tonusda saxlamaq üçün bu gün risk etmədik. Simiçin yüngül zədəsi var. Düşünürəm ki, az müddətə də olsa, onu meydanda görəcəyik.

– “Vikinq”lə görüşdə sizi hansı nəticə qane edəcək?
– Hər oyun çətindir. Daxili çempionatda da belə səhvlərə yol verəndə, bu, baha başa gəlir. “Vikinq” 14 oyundur məğlubiyyət üzü görmür. Amma bu, səfərə ümidsiz yollanacağımız anlamına gəlmir. Onların zəif tərəflərini araşdırıb, yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью