Dambrauskas: “Risklər etməyə çalışacağıq”

12.08.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Konfrans Liqasının III təsnifat mərhələsində “Levski”yə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib:

– Optimal heyəti müəyyənləşdirə bilmisiz?

– Sofiyadakı ağır oyundan sonra əzələlərdə problemin, qıcolmaların olması normaldır. Amma hazırda bütün futbolçularımız sabahkı matça hazırdır. Hamısı məşqlərdə əllərindən gələni edirlər. Komandada hamı sağlamdır. Sabah istədiyimiz heyəti görə biləcəyik.

– Komanda hansı oyun üslubuna üstünlük verəcək?

– İnanıram ki, hansı oyun üslubunu seçsək, bu, bizə qalibiyyət gətirəcək. Amma çox çətin olacaq. Çünki “Levski” son zamanlar qapısından 1-dən çox qol buraxmayıb. Müdafiə cəhətdən həmişə fərqlənən komanda olub. Sabah risklər etməyə çalışacağıq. Hücum futbolu oynayaraq hesabı öz xeyrimizə çevirmək üçün səy göstərəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью