futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Levski” matçının oyun öncəsi mətbuat konfransı və açıq məşqin vaxtı müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın mətbuat konfransı avqustun 12-də saat 17:45-də, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 18:15-də Şüvəlanda, “Sabah” Futbol Mərkəzində baş tutacaq.
Rəqib komandanın oyun öncəsi mətbuat konfransı avqustun 13-də saat 18:30-da, ilk 15 dəqiqəsi media üçün açıq olacaq məşqi isə saat 19:30-da, “Bank Respublika Arena”da keçiriləcək.