Dambrauskasa "Fənərbaxça”dan təklif var?

01.11.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Dambrauskasa "Fənərbaxça”dan təklif var?

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Türkiyənin “Fənərbaxça” klubunu çalışdıra bilər.

QOL.az xəbər verir ki, bu barədə “TuttoMercatoWeb” nəşri məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında danışıqlar davam edir. 49 yaşlı mütəxəssisin Türkiyə klubuna keçidi ilə bağlı intensiv müzakirələr aparılır.

Məlumata görə, Dambrauskasa 2029-cu ilə qədər qüvvədə olacaq 3 illik müqavilə təklif edilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, tərəflər arasında danışıqlar müsbət nəticələnməyəcəyi təqdirdə, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi Dirk Kuytın əsas namizəd olacağı bildirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью