Dambrauskasdan məğlubiyyətə şərh

17.05.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XXXII turunun “Sabah” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:

– Kubokun qalibi olduq və bunu yaxşı qeyd etdik, emosiyalarımızı göstərdik, bu haldan sonra meydanda maksimumu etmək çətindir. Futbolçulara təşəkkür edirəm. “Neftçi” çempionatda yaxşı formadadır. Ehtiyat oyunçularımıza daha çox şans verdik. Onlar birlikdə çox oynasalar, fərqi olardı. “Neftçi” səhvimizdən qol vurdu, amma biz ələ düşən imkandan yararlana bilmədik. İndi çempionluğumuzu qeyd etmək istəyirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью