Dambrauskasın rotasiya planı

15.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son çempion “Sabah” Misli Premyer Liqasının I turunda bu gün “Kəpəz”i qəbul edəcək.

Futbolpress.az-ın məlumatına görə, baş məşqçi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off matçına görə bugünkü görüşdə rotasiyalar edəcək.

Mütəxəssis qapıçı Stas Pokatilova, müdafiədə Akim Zedadka, Stiv Solvet, yarımmüdafiədə İvan Lepinitsa, hücumda Coy-Lens Mikels, Velko Simiç kimi oyunçulara istirahət verəcək.

Adıçəkilən futbolçular son dəqiqədə qərar dəyişməzsə, matça ehtiyatda başlayacaq.

“Sabah” – “Kəpəz” matçına 20:45-də start veriləcək.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində avqustun 19-da İsrailin “Hapoel” (Beer-Şeva) klubu ilə qarşılaşacaq. Birinci görüş Rumıniyada olacaq. Cavab görüşü isə avqustun 25-də Bakıda baş tutacaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью