Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 sentyabr, AZƏRTAC
Bütün ölkələr bərabər şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparmalıdır. Həmçinin burada alternativ enerji mənbələrindən istifadənin önəmliyiyi qeyd olunmalıdır. Hər bir ləngimə insan tələfatına gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibinin Davamlı Enerji üzrə xüsusi nümayəndəsi Damilola Ogunbiyi Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində bildirib.
BCAW2025-də müzakirə olunan məsələlərin Braziliyada keçiriləcək COP30-da davam edəcəyini diqqətə çatdıran xüsusi nümayəndə iqlim dəyişikliyi problemlərinin aradan qaldırılmasının qısa müddətdə baş verməli olduğunu bildirib.