Damla: “Bu yanaşma insanlığa sığmır”

02.11.2026

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Damla illər əvvəl işlədiyi işlə bağlı onu qınayanlara irad bildirib.

Adalet.az bildirir ki, o, heç vaxt peşəsindən utanmadığını söyləyib:

“Həmişə deyirəm ki, insanın daxili  xarab olmasın. Qəlbi kinli olmasın. İllər əvvəl hansısa əziyyətli işlə məşğul olub pul qazanmışamsa, indi müəyyən  bir yerlərə qədər özümü gətirib çıxarmışamsa, keçmiş işimə lağ etmək olmaz. Bu, çox  pis hərəkətdir. Heç kəs demir ki, bu adam zəhmətlə 0-dan bura qədər qalxıb. Hamısı deyir ki, kim olmusan axı?! Bu yanaşma əsla insanlığa sığmır.  Kimsə əziyyət çəkib irəli gedən kimi başlayırıq həmin adamı alçaltmağa. Amma kimsə yazıq vəziyyətə düşən kimi ona yardım etmək istəyirik”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью