Damlanın ən çox baxılan klipləri SİYAHI

27.11.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə müğənnilər üçün əsas göstəricilərdən biri də “YouTube” platformasıdır.

İfaçılar mahnılarının sözügedən platformada daha çox insan tərəfindən dinlənilməsinə çalışırlar. Bunun üçün də mahnılarını klip və ya video roliklərlə təqdim edirlər.

Uğurlu olan ifanın videosunun izlənməsi milyonlarla insana çata bilir. Artıq müğənnilər arasında bununla bağlı da rəqabətin getdiyini açıq şəkildə görürük. 

Son illərin ən populyar müğənnilərindən biri olan Damla da “YouTube” platformasında kifayət qədər tələb görənlər arasındadır. Onun 10 milyon izlənməni keçən kliplərinin sayı kifayət qədər çoxdur. 

Cebheinfo.az” Damlanın “YouTube”da ən çox baxışa sahib kliplərini təqdim edir:

*“Popuri” – 49 milyon baxış
*“Mən razı” – 27 milyon baxış
*“Gəlincik” – 20 milyon baxış
*“Yara” – 19 milyon baxış
*“Sevmişdim” – 18 milyon baxış
*“Xəncər” – 17 milyon baxış
*“Hazırlaşır” – 15 milyon baxış
*“Fırtına” – 14 milyon baxış
*“Mənimsən” -12 milyon baxış.

Aslan
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью