Dan Ndoy Avropanın aparıcı klublarının diqqət mərkəzində

21.05.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İsveçrə yığması və "Bolonya"nın yarımmüdafiəçisi Dan Ndoy Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

İdman.biz xəbər verir ki, onunla "Mançester Yunayted" və "Yuventus" yaxından maraqlanır.

Bu mövvsümdə İtaliya A Seriyasında göstərdiyi oyunla fərqlənən Ndoy ölkə kubokunun finalında "Milan"ın qapısına vurulan yeganə qolun müəllifi olub. Danın böyük ehtimalla italyan klublarından birinə keçəcəyi ehtimal edilir.

Qeyd edək ki, 24 yaşlı futbolçunun "Bolonya" ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var. O, bu mövsümdə 40 matçda forma geyinib və 9 qol, 6 ötürmə ilə yadda qalıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью