Dana əti bahalaşdı Yeni qiymətlər

16.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi bölgələrdə dana əti bahalaşıb. Belə ki, İmişli və Beyləqan bazarlarında dana ətinin qiyməti 2-3 manat artıb.
Əgər əvvəllər dana ətinin bir kiloqramı 15-16 manata təklif olunurdusa, hazırda bu qiymət 18-19 manatdır.
 

MÖVZU İLƏ BAĞLI:
Bakıda ət niyə baha satılır? - VİDEO


Mal ətinin bir kiloqramı 14-15 manata, quzu ətinin bir kiloqramı 22-23, qoyun əti isə 19 manata təklif olunur.
Təbii ki, bu bahalaşma tezliklə paytaxtın bazarlarına və marketlərinə də təsir edəcək.
Hazırda Bakıda dana ətinin qiyməti satış yerindən və ətin növündən asılı olaraq dəyişir. Çünki sümüklü, sümüksüz, bud və bel əti eyni qiymətə satılmır.
Bakıda ötən həftə müşahidə olunan ət qiymətlərini təqdim edirik:
- Sümüklü dana ətinin bir kiloqramı: 17–19 manat,
- Sümüksüz dana ətininin bir kiloqramı: 21–23 manat,
- Dana döşü sümüklü, bir kiloqramı: 15–16 manat,
- Dana qiyməsinin bir kiloqramı: 15–19 manat,
- Dana bud ətinin bir kiloqramı 21–22 manat,
- Dana can ətinin bir kiloqramının qiyməti 37–40 manat.
Ümumilikdə isə dana ətinin bir kiloqramı yerlərdən asılı olaraq 17-23 manat arasında dəyişir.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью