Dana Uayt: ABŞ liderinin Ağ Evdə UFC turniri ideyası gerçəkləşəcək

30.08.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Mütləq Döyüş Çempionatının (UFC) baş direktoru Dana Uayt ABŞ Prezidenti Donald Trampla görüşüb.

İdman.biz "MMA Fighting"ə istinadən xəbər verir ki, o, ABŞ liderinin Ağ Evdə UFC turniri keçirmək ideyası ilə bağlı fikirlərini bölüşüb.

Dana Uayt Trampın istəyini gerçəkləşdirəcəyini bildirib: "Bu gün Donald Trampla görüşüm bütün gözləntiləri üstələdi. Ağ Evdə UFC turniri baş tutacaq. Yaxın iki həftə ərzində sizə daha ətraflı məlumat verəcəyəm".

Qeyd edək ki, Donald Tramp iyulun 4-də Ayova ştatında mitinqdə Ağ Evdə UFC çempionluğu uğrunda döyüşün keçiriləcəyini demişdi.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью