Dana Uayt: Ağ Evdə keçiriləcək turnir geniş miqyasda xüsusi hadisə olacaq

16.07.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Hər kəs bu tədbirin bir hissəsi olmaq istəyir. Ağ Ev turniri üçün əla bir siyahı hazırlaya bilərik".

Oxu.Az xəbər verir ki, bunu UFC prezidenti Dana Uayt Ağ Evdə 2026-cı ildə keçirilməsi planlaşdırılan qarışıq döyüş növləri turniri ilə bağlı fikirlərini federasiyanın rəsmi saytına açıqlaması zamanı deyib.

"Tramp və mən bu döyüşlər üçün nə edə bilərik? Bu, Las-Veqasda etdiklərimizə bənzər, yalnız daha geniş miqyasda xüsusi bir hadisə olacaq. Bir daha belə bir tədbir olmayacaq".

Qeyd edək ki, iyulun 4-də ABŞ Prezidenti Donald Tramp Müstəqillik Bəyannaməsinin 250 illiyinə həsr olunmuş tədbirdə UFC turnirinin Ağ Evin ərazisində keçiriləcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью