Dani Alveş 2 milyon təzmanat tələb edəcək

01.04.2025

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Barselona", "Yuventus" və Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveş həbsdə qaldığı günlərə görə 20 min avro təzminat ala bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ali Məhkəmə zorlama işi üzrə ilk qərarı ləğv etdiyi üçün braziliyalı həbsdə qaldığı 405 gün üçün ödəniş tələb edə bilər.

Bundan başqa Alveş müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün Meksikanın "Pumas" klubundan da 2 milyon avro tələb edəcək. Çünki futbolçu bəraət qazansa, klubun qərarı əsassız hesab olunacaq.

Qeyd edək ki, Alveş zorlama ittihamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью