Dani Alveş azadlıqda Braziliyalı ulduz bəraət aldı

28.03.2025

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cinsi təcavüzə görə ittiham olunan “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət alıb.

Apasport.az xəbər verir ki, İspaniya məhkəməsi Alveşin şikayətini təmin edib.

Xatırladaq ki, Alveş 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin apellyasiya şikayətindən sonra hökm ləğv edilib. 

Alveş 2024-cü il martın 25-də 1 il həbsdən sonra azadlığa buraxılıb.

Keçmiş braziliyalı oyunçu karyerası ərzində “Sevilya”, “Yuventus”, “Barselona”, PSJ kimi klublarda çıxış edib.

Dani Olmo "Osasuna" ilə matçda zədələnib "Barselona" 3 xalı 3 qolla qazandı Saka məşqləri bərpa etdi "Fənərbaxça"da ciddi itki Tudor ictimaiyyətə təqdim olundu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью