Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər

01.04.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Braziliya millisinin, "Barselona"nın və "Yuventus"un sabiq müdafiəçisi Dani Alveş həbsdə keçirdiyi günlərə görə təzminat ala bilər.

QOL.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Alveş 3 gün əvvəl zorlama işi üzrə bəraət alıb.İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4,5 il həbs) ləğv edib.

Sabiq futbolçu həbsdə qaldığı 405 gün üçün təzminat 20 min avro tələb edə bilər.

Həmçinin Alveş müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün Meksikanın “Pumas” klubundan da 2 milyon avro tələb edəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью