Dani Bolt Malayziyaya getdi (Foto)

29.08.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ"dan ayrılan daha bir futbolçunun adına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, braziliyalı müdafiəçi Dani Bolt artıq Azərbaycanı tərk edib. O, karyerasını Malayziya çempionatında davam etdirəcək.

27 yaşlı sağ cinah oyunçusu "Qarabağ"a 2025-ci ildə Portuqaliyanın "Torrense" klubundan transfer olunmuşdu.

Xatırladaq ki, yay transfer dövründə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov, Leandro Andrade, Kamilo Duran və Abdullah Zubir "Qarabağ"dan ayrılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью