Dani Olmo ağır zədə alıb, üç həftə oynamayacaq

03.12.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “Atletiko”(Madrid) ilə oyunda(3:1) çiyninin çıxması səbəbiylə təxminən üç həftə yaşıl meydanlara çıxmayacaq.

İdman.Biz bu barədə Tribuna.com-a istinadən məlumat yayıb.

İspan futbolçu matçda komandasının ikinci qolunu vuraraq üstünlüyü bərpa etsə də, həmin epizodda sol çiyini zədələyib.

Olmonun ayın qalan oyunlarını - “Real Betis”, “Ayntraxt Frankfurt”, “Osasuna” və “Vilyarreal”la görüşləri buraxacağı ehtimal olunur.

Xatırladaq ki, Dani Olmo 2024-cü ilin avqustunda Almaniyanın "Leypziq" klubundan "Barselona"ya 60 milyon avro qarşılığında transfer olunmuşdu. Futbolçu bu müddət ərzində "kataloniyalılar"ın heyətində meydana çıxdığı 15 oyunda altı məhsuldar ötürmə, bir qolla yadda qalıb.

Qeyd edək ki, Dani Olmonun "Transfermarkt" portalındakı transfer dəyəri 60 milyon avro olaraq göstərilir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью