Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Dani Olmo La Liqanın 14-cü turunda “Deportivo” üzərində qazanılan 5:1 hesablı səfər qələbəsini dəyərləndirib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada qol vuran futbolçu komandasının çıxışından razı qaldığını, lakin səhvlər üzərində işləməyin vacibliyini vurğulayıb.
Olmo buraxılan qola baxmayaraq, əsas məqsədin üç xal qazanmaq olduğunu qeyd edib. Belə rəqiblərlə qarşılaşmaların həmişə çətin keçdiyini bildirən yarımmüdafiəçi komandasının öz oyununa kökləndiyini diqqətə çatdırıb:
“Bizim möhtəşəm komandamız var”.
İspaniyalı futbolçu əsas heyətə qayıtmaq istədiyini, hazırda özünü çox yaxşı hiss etdiyini və əla formada olduğunu da bildirib.
Qeyd edək ki, “Deportivo” ilə qarşılaşmada Rafinya Dias het-trik edib, Lamin Yamal və Dani Olmo isə hərəyə bir qol vurublar.
“Barselona” 39 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisinin ən yaxın izləyiciləri Madridin “Atletiko” (34 xal) və “Real” (33 xal) komandalarıdır.