Dani Olmo qol vurdu və çiyni çıxdı

03.12.2025

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dani Olmo qol vurdu və çiyni çıxdı

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo zədələnib

QOL.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu La Liqada dünən   “Atletiko”ya qarşı keçirilən oyunda (3:1) zədələnib. O, komandasının 2-ci qolunu vuran anda uğursuz şəkildə yıxılıb və çiynindən xəsarət alıb. Olmo 66-cı dəqiqədə əvəzlənib.

Müayinələr onun çiyninin çıxığını göstərib. “Barselona” futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Dani Olmo bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью