Dani Olmodan Real Madrid üzərində qələbə barədə emosional sözlər

13.01.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo komandasının İspaniya Superkubokunun finalında "Real Madrid" üzərində qazandığı qələbəyə (5:2) münasibət bildirib.

Fanat.Az xəbər verir ki, o, şəxsi "X" hesabında belə yazıb:

"Bu, "Barsa"dır! Komandanın gördüyü işlə fəxr edirəm. Biz buna layiq idik... Zövq alın! Superçempionlar!"

Xatırladaq ki, qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub. "Barselona" növbəti oyununu İspaniya Kuboku çərçivəsində "Betis"ə qarşı keçirəcək.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью