Daniel Sebalyos Real dan getdi

27.06.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Real" yarımmüdafiəçi Daniel Sebalyosla yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə Madrid klubu rəsmi açıqlama yayıb.

Bildirilib ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Klub 29 yaşlı futbolçuya xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Sebalyos da sosial şəbəkə hesabında azarkeşlərlə vidalaşıb: "Bu qərarı vermək asan olmadı. "Real" həmişə mənim evim olacaq. Bu formanı geyinmək, bu gerbi qorumaq böyük şərəf idi. Burada keçirdiyim illərə görə hər kəsə təşəkkür edirəm"  - deyə ispaniyalı futbolçu yazıb.

Qeyd edək ki, Daniel Sebalyos 2017-ci ildən "Real"da çıxış edirdi. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью