Daniel Svensson “Sabah”la oyun öncəsi: “Borussiya”nın hədəfi üç xaldır

19.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Borussiya Dortmund”un futbolçusu Daniel Svensson UEFA Çempionlar Liqasının liqa mərhələsinin üçüncü turunda “Sabah”la keçiriləcək qarşılaşma öncəsi komandasının hazırlıq səviyyəsindən danışıb.

İdman.Biz xəbər verir ki, isveçli müdafiəçi oyunöncəsi mətbuat konfransında Azərbaycan təmsilçisini ətraflı təhlil etdiklərini və Bakıda yalnız qələbəyə kökləndiklərini vurğulayıb:

“Baş məşqçimizin söylədiyi kimi, görüşə ciddi hazırlaşmışıq. Rəqib komandanı təhlil etmək imkanımız olub. “Sabah”la bağlı məlumatları əldə etmişik. Bizə üç xal lazımdır və meydana qələbə üçün çıxacağıq”.

Qeyd edək ki, “Sabah” – “Borussiya Dortmund” qarşılaşması oktyabrın 20-də saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью