Daniele Ruqani “Yuventus”a qayıdacaq

23.05.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 23 may, AZƏRTAC

İcarə əsasında Niderlandın “Ayaks” komandasında çıxış edən Daniele Ruqani yayda müqavilə ilə məxsus olduğu İtaliya “Yuventus”una qayıdacaq.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, Amsterdam təmsilçisi 30 yaşlı müdafiəçini birdəfəlik transfer etməyəcək. Oyunçu özü də Turin klubuna qayıdıb, əsas heyət üzvü olmaq istəyir.

İtaliya millisinin sabiq futbolçusunun “Yuventus”la müqaviləsi 2026-cı ildə başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью