Danila Qalperoviç: “İqtisadi təzyiqlərlə Putini sülhə məcbur etmək çətin məsələdir” | Icma…
Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Putin və Tramp arasında birbaşa danışıqlar, bəlkə də müharibə üzərində müəyyən dəyişikliklərə səbəb ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-Rusiya münasibətlərinin mümkün istiqamətləri barədə təhlil aparan siyasi analitik Danila Qalperoviç yazıb.
Məqalədə ilk yarımbaşlıq ABŞ və Rusiya arasında sülh danışıqları ilə bağlıdır.
Trampın təklifləri və iqtisadi rıçaqların rolu Donald Tramp, Vladimir Putini Ukraynada müharibəyə son qoymaq məqsədilə danışıqlara çağırdı və sövdələşmənin vacibliyini diqqətə çatdırdı.
Eyni zamanda, iqtisadi təzyiqin artırılacağına dair təhdidlər irəli sürdü.
Əlavə olaraq Tramp, “Truth Social” platformasında yazdığı məqalədə Rusiya ilə heç bir razılaşma əldə edilmədiyi təqdirdə, yüksək vergi və sanksiyalar tətbiq etməkdən başqa yolunun qalmayacağını bildirdi.
Bir sözlə, Rusiyanı sülhə məcbur etmək və ya ən azından danışıqlara aparmaq üçün iqtisadi təzyiqin gücünün müzakirə olunduğu dövr başlayıb.
Tam oxu
Xəbəri oxu