Danilo Turindən hara yollanacaq?

30.01.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gözlənildiyi kimi, “Yuventus” Danilo ilə yolları ayırıb.

İtaliya klubunun rəsmi saytının məlumatına görə, 33 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Bəzi mənbələr braziliyalı futbolçunun “Napoli”yə keçəcəyini iddia edir.
2019-cu ildən “Yuventus”da çıxış edən Danilo “ağ-qara” formada ümumilikdə 213 oyun keçirib və 9 qol vurub. O, rəhbərliyin qərarı ilə ötən ilin sonlarından əsas komanda ilə məşq etmək imkanını itirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью