Danimarka ABŞ ilə Arktika əməkdaşlığını gücləndirmək istəyir

14.01.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Danimarka hökuməti ABŞ-la Arktika üzrə əməkdaşlığı dərinləşdirmək istəyir.

Bizimyol.info xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Helsinkidə NATO ölkələrindən olan həmkarları ilə görüşə gələrkən ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Bu gün əlavə edəcəyim heç nə yoxdur. Biz ABŞ ilə yüksək səviyyəli əməkdaşlıq etmək istəyirik. Arktika regionunda, Qrenlandiyanın və bütün regionun müdafiəsi məsələlərində artıq sıx əməkdaşlığımız var və biz bu əməkdaşlığı dərinləşdirmək istəyirik”, - deyə o qeyd edib.

Yanvarın 7-də ABŞ prezidenti vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq Tramp deyib ki, Qrenlandiya onu Çin və Rusiya təhlükələrindən qorumaq üçün ABŞ-ın bir hissəsi olmalıdır. Hələ 2019-cu ildə, prezident kimi ilk müddətində o, ABŞ-ın Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqları olan Qrenlandiyanı ala biləcəyini söyləyib. O vaxt olduğu kimi, Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd oluğunu bildiriblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью