Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, sənəd Danimarkanın suverenliyini təsdiqləyir, adada ABŞ hərbi rolunu genişləndirir və “Qızıl günbəz” raketdən müdafiə sisteminin quraşdırılmasına icazə verir.
ABŞ, Danimarka və Qrenlandiya sentyabr ayında prezident Trampın dəfələrlə adanı nəzarətə götürməklə bağlı təhdidindən sonra gərginliyi azaltmaq üçün müqavilə imzalayıblar.
Parlament səsverməsinin nəticələrinə görə, müqaviləni 109 Danimarka millət vəkili dəstəkləyib, əleyhinə səs verən olmayıb.
Müqavilənin ABŞ Senatı tərəfindən səsverməyə çıxarılması vacib deyil. İcra müqaviləsi Danimarka Xarici İşlər Nazirliyi Kopenhagendə keçirilən səsvermədən sonra ABŞ-yə daxili prosedurların tamamlandığını bildirən diplomatik nota göndərdikdə qüvvəyə minəcək.
Trampın adanı ələ keçirmək üçün hərbi və ya iqtisadi gücdən istifadə edə biləcəyini bəyan eməsi bu ilin yanvar ayında NATO daxilində diplomatik böhrana səbəb olub və Danimarka ilə Qrenlandiyanı aylarla gərgin danışıqlara məcbur edib.
Avropadan Şimali Amerikaya ən qısa yol ABŞ-nin ən şimal hərbi bazasının yerləşdiyi strateji mövqedə yerləşən Qrenlandiyadan keçir.
Qeyd edək ki, çox hissəsi buzlarla örtülü adanın yaşayış üçün əlverişli nahiyəsind 57.000 nəfər yaşayır və minerallarla zəngin ada Danimarkanın muxtar ərazisi olaraq özünü idarə edir.