Danimarka Aİ nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

21.11.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Danimarka Avropa İttifaqına üzv ölkələrə Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı və biometrik olmayan Rusiya pasportlarının tanınmasına son qoymağı təklif edib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, ölkə öz təşəbbüslərini noyabrın 23-də Brüsseldə keçiriləcək Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında təqdim edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью