Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib

13.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Hər kəs öz töhfəsini verməlidir”

Danimarkanın Baş naziri Mette Frederiksen Avropa İttifaqı ölkələrini qarşıdan gələn qış mövsümü ərəfəsində Ukraynaya dəstəyi artırmağa çağırıb.

Sherg.az xəbər verir ki, Frederiksen bu barədə İrlandiyanın Baş naziri Mixol Martinlə Kiyevə göstəriləcək yeni yardım məsələsini müzakirə edərkən danışıb. Onun sözlərini “The Guardian” nəşri yayıb.

“Hər kəs öz töhfəsini versə, çox yaxşı olardı”, – deyə Danimarka hökumətinin başçısı bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin enerji sahəsində ciddi problemlərlə üzləşdiyini bildirərək Avropa İttifaqından təcili enerji və humanitar yardım istəyib. Kiyev, Dnepropetrovsk, Sumı, Donetsk vilayətləri və Xersonda elektrik enerjisi, su və istilik təchizatında çətinliklər yaşandığı qeyd olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью