Danimarka Bakıda çempion olub FOTO

16.02.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkəmizdə badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Danimarka finalda Fransaya 3:0 hesabı ilə qalib gələrək qitə çempionu olub.

Skandinaviyalılar (Jesper Toft / Amalie Magelund) əvvəlcə qarışıq qoşa yarışında rəqiblərinə (Thom Gicquel / Delphine Delrue) qalib gəliblər - 21:11, 18:21, 21:15.

Sonra kişilərin fərdi mübarizəsində Anders Antonsen (Danimarka) Alex Lanieri (Fransa) məğlub edib - 21:19, 21:18.

Nəhayət, qadınların fərdi yarışında da Danimarka təmsilçisi (Line Christophersen) Fransa badmintonçusundan (Leonice Huet) güclü olub - 21:16, 21:14.

Beləliklə, ümumi hesab 3:0-a çatdığından qalan iki oyunun (kişilərin qoşa yarışı və qadınların qoşa yarışı) keçirilməsinə ehtiyac duyulmayıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью