Danimarka Baş naziri: “Ruttenin danışıqlar aparmaq üçün mandatı yoxdur”

22.01.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qırmızı xətlərimiz əvvəldən dəyişməz qalıb və gələcəkdə də dəyişməz qalacaq: biz əlbəttə ki, suverenliyimizdən imtina etmirik”

Danimarka Baş naziri Mette Frederiksen NATO-nun Baş katibi Mark Ruttenin Danimarka hakimiyyəti adından danışıqlar aparmaq üçün mandatı olmadığını bildirib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Baş nazir NATO Baş katibi ilə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın taleyi ilə bağlı söhbətinin nəticələrini şərh edərkən deyib ki, “suverenliyimiz və Qrenlandiyanın gələcəyi ilə bağlı bütün məsələləri başqa yerdə müzakirə edəcəyik".

"Qırmızı xətlərimiz əvvəldən dəyişməz qalıb və gələcəkdə də dəyişməz qalacaq: biz əlbəttə ki, suverenliyimizdən imtina etmirik. Qrenlandiyanın gələcəyini Qrenlandiyanın özü müəyyən etməlidir və Qrenlandiya Danimarkanın bir hissəsidir", Danimarka Baş naziri əlavə edib.

Qeyd edək ki, 22 yanvarda Donald Tramp Mark Rutte ilə "məhsuldar görüş" keçirdiyini bildirib. Görüşdən sonra ABŞ Prezidenti Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxan səkkiz Avropa ölkəsinə əlavə tariflər tətbiq etmək qərarını ləğv edib. Təfərrüatlar ictimaiyyətə açıqlanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью