Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Danimarka kralı X Frederik fevralın 18-dən 20-dək Qrenlandiyaya səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə kral Danimarkanın "TV2" telekanalına bildirib.
O, adaya səfər etməyi səbirsizliklə gözlədiyini qeyd edib, "çünki qrenlandiyalıların ABŞ ilə bağlı vəziyyətdən narahat olduqlarını hiss edir".
"Qrenlandiyalıların əhval-ruhiyyəsini qaldırmaq lazımdır", - kral əlavə edib.