Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Danimarka məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyur.
Banco.az xəbər verir ki, Danimarka 2027–2028-ci tədris ilindən etibarən ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə icazə verilməyəcəyini açıqlayıb.
Danimarka Təhsil Nazirliyinin məlumatına görə, növbəti tədris ilindən qüvvəyə minəcək yeni qaydalar mobil telefonlarla yanaşı, internetə qoşula bilən digər şəxsi elektron cihazlara da şamil olunacaq.
Qaydalar çərçivəsində məktəblərin internet şəbəkələrində məzmun filtrləmə sistemindən də istifadə ediləcək. Dərs saatlarında sosial şəbəkələr, onlayn oyunlar və alış-veriş saytları kimi təhsillə əlaqəsi olmayan platformalara giriş məhdudlaşdırılacaq. Girişi bloklanacaq internet saytlarını bələdiyyələr və məktəblər müəyyənləşdirəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!