Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

15.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 15 oktyabr, AZƏRTAC

Futbol üzrə Danimarka millisinin sabiq baş məşqçisi Bo Yuhansson 83 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. İsveçli mütəxəssisin ölüm səbəbi açıqlanmayıb.

Bo Yuhansson 1996-2000-ci illərdə Danimarka yığmasına rəhbərlik edib. Onun baş məşqçiliyi dövründə komanda 1998-ci ildə Fransada keçirilən dünya çempionatının 1/4 finalınadək irəliləyib. Danimarkalılar bu mərhələdə Braziliyaya 2:3 hesabı ilə uduzublar.

Klub səviyyəsində isə Yuhansson İsveçin “Öster” komandası ilə iki dəfə ölkə çempionu olub. O, həmçinin Danimarkanın “Silkeborq” klubu ilə də çempionluq sevinci yaşayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью