Danimarka mütaliə böhranına görə vergini ləğv edir

22.08.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Danimarka hökuməti ölkədə mütaliə səviyyəsinin aşağı düşməsini aradan qaldırmaq məqsədilə kitabların üzərindən 25 faiz əlavə dəyər vergisini (ƏDV) ləğv edəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, sözügedən ölkədə hər dörd 15 yaşlıdan biri sadə bir mətni başa düşməkdə çətinlik çəkir.

Mədəniyyət naziri Yakob Engel-Şmidt bu qərarın kitabların əlçatanlığını artıracağını və mədəniyyətə mühüm bir investisiya olduğunu bildirib.

Planın dövlətə illik 330 milyon krona (təxminən 44 milyon avro) başa gələcəyi qeyd olunur.

Qeyd edək ki, Skandinaviya ölkələrində kitab vergisi ya aşağıdır, ya da ümumiyyətlə yoxdur.

Şair Kəramət Şükürov küçədə ölü tapıldı Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi Türkləri və yəhudləri qıranlar kimlərdir?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью