Danimarka qədim mədəni irs nümunələrini Türkiyəyə qaytardı

18.09.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Cenevrədə keçirilən beynəlxalq konfransda Türkiyə və Danimarka arasında mədəni irsin qaytarılması və muzey əməkdaşlığı layihələri təqdim olunub.
Kulis.az xəbər verir ki, Danimarkanın "Ny Carlsberg Glyptotek" muzeyində saxlanılan Roma imperatoru Septimius Severusa aid bürünc bütöv baş və 48 ədəd Düver saxsı lövhəsinin Türkiyəyə qaytarılması iki ölkə arasında uzunmüddətli elmi tərəfdaşlığa yol açıb.
Türkiyənin ilk qadın arxeoloqlarından Professor Jale İnanın illər əvvəl apardığı tədqiqatlara söykənən bu prosesdən sonra tərəflər birgə sərgilər təşkil etmək qərarına gəliblər.
İki ölkənin birgə hazırladığı "Roma İmperatorluğunda dəbin gücü" adlı ilk sərgi oktyabrın 1-də Kopenhagendə keçiriləcək.

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj "Təkcə sənə tamarzıyam..." - Rəbiqə Nazimqızından "İbrahim peyğəmbərə" "Hеyif ki, Mirzə Fətəlinin fikirlərini anlamadılar..." - Nə üçün mürgü döyən qardaşlarımızı gözləməliyik?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью