Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Danimarka, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı ərazi iddiaları fonunda adadakı hərbi qüvvələrinin sayını azaldıb.
“Qafqazinfo” xəbər verir ki, Qrenlandiyanın paytaxtı Nuuk şəhərindəki hava limanında 20 Danimarka əsgərinin geri qayıtması planlaşdırılıb.
Qeyd edək ki, hazırda Nuuk hava limanında hərbi hərəkətlilik davam edir və Qrenlandiya hökumətinin məsələ ilə bağlı geniş mətbuat konfransı keçirəcəyi gözlənilir.