Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Danimarka Qrenlandiyaya əlavə qüvvələr yerləşdirərək, hərbi mövcudluğunu gücləndirir.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Berlingske" qəzeti yayıb.
Danimarkanın Baş Qərargah rəisi Peter Boysen də qoşunlarla birlikdə adaya gəlib. "Biz özümüzü müdafiə edə bilərik.
Üzləşə biləcəyimiz kəskin münaqişələrə cavab verməyi məşq edirik", - P.Boysen deyib.
Nəşrin məlumatına görə, qoşunlar paytaxt Nuuka Danimarka Silahlı Qüvvələrinə məxsus təyyarə ilə deyil, Farer adalarının (Danimarka daxilində muxtar ərazi - red.) milli aviadaşıyıcısı "Atlantic Airways"in hava gəmisi ilə gətirilib.
Qəzet həmçinin laynerin trapından enən əsgərlərin fotosunu da dərc edib. Xəbərə görə, Qrenlandiyaya ümumilikdə 58 Danimarka əsgəri gəlib.
Onlar təlimlərdə iştirak üçün əvvəllər adaya göndərilən təxminən 60 nəfərlik qvardiyaya qoşulublar.