Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "Danmarks" radiosu məlumat verib.
"Bu, Danimarka hökumətinin Qrenlandiya hökuməti ilə birlikdə tələb etdiyi zəruri dialoqdur. Düşünürəm ki, bu, həqiqətən yaxşı xəbərdir. Bu, göstərir ki, artıq media vasitəsilə deyil, birbaşa ünsiyyət qurmaq imkanımız var və görüş həmişə yaxşı fikirdir", - deyə nazir qeyd edib.
ABŞ dövlət katibi Marko Rubio 7 yanvarda gələn həftə Qrenlandiya məsələsini müzakirə etmək üçün görüş keçirməyi planlaşdırdığını açıqlayıb. "Gələn həftə onlarla görüşəcəyəm. Sonra bu barədə danışacağıq, amma əlavə edəcəyim başqa bir şey yoxdur", - deyə ABŞ dövlət katibi dəqiq kiminlə görüşdüyünü açıqlamadan əlavə edib.
ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. İlk səlahiyyət müddətində o, Qrenlandiyanı satın almağı təklif edib və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini bildirib və imtina edəcəyi təqdirdə Kopenhageni ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen bu iddiaları rədd edərək, adanın krallığın bir hissəsi olduğunu vurğulayıb.
Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, Qrenlandiya Müdafiə Müqaviləsini imzalayıblar. Bu Müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürüb.
Qadir, Bizimyol.info